EN

"Bavariya" 20 yaşlı müdafiəçini heyətinə qatmaq niyyətindədir

Bakı. Trend:

"Sportinq"in müdafiəçisi Usman Diomande karyerasını AlmaniyaBundesliqasında davam etdirə bilər.

Trend xəbər verirki, "Bavariya" gənc futbolçunu transfer etmək istəyir. Bu barədəAlmaniya mediası məlumat yayıb.

Münhen klubu mövsümün sonunda Fil Dişi Sahili milli komandasınınüzvü üçün "Sportinq"lə danışıqlara başlayacaq. Portuqaliyatəmsilçisi oyunçusunu 50-60 milyon avroya satmağa hazırdır.

İngiltərə Premyer Liqasından da bir neçə klub afrikalı mərkəzmüdafiəçisinə maraq göstərir.

Qeyd edək ki, "Sportinq" Usman Diomandeni ötən ilin yayında"Midtjyulland"dan transfer edib. Gənc futbolçu bu mövsüm Lissabonklubunun heyətində 14 rəsmi oyunda meydana çıxıb.

Chosen
49
az.trend.az

1Sources