EN

10 aydan sonra işə başladı

Türkiyə Super Liqa təmsilçisi “Kasımpaşa”nın yeni baş məşqçisi müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, 52 yaşlı mütəxəssis Hakan Keleş İstanbul təmilçisinin yeni baş məqşçisi olub. Sonuncu iş yeri “Konyaspor” olan Keleş 2024-cü ilin yanvar ayından işsiz idi. O, bundan öncə “Sivasspor” və “Giresunspor” kimi klubları da çalışdırıb.

Qeyd edək ki, Sami Uğurlu ilə yollarını ayıran “Kasımpaşa” 12 turdan sonra aktivindəki 14 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır.

Chosen
78
futbolpress.az

1Sources