EN

Elman Paşayevlə bağlı qərar: həbs müddəti uzadıldı

Məhkəmə dələduzluqda təqsirləndirilən keçmiş vəkil Elman Paşayevin həbs müddətini uzadıb. 

Referans.az Lent.az-a istinadən xəbər verir ki, Moskva qarnizonu hərbi istintaqın tələbini təmin edib və Paşayevin həbs müddətini yanvarın 15-dək uzadıb.

Oktyabrın 9-da keçmiş vəkilin işində digər dələduzluq epizodlarının da ola biləcəyi bildirilib. İstintaq davam edir.

Keçmiş vəkilin saxlanması sentyabrın 17-də məlum olub. İstintaqın məlumatına görə, o, məşhur blogger Yelena Blinovskayanı və onun ərini 45 milyon rubl (457 min dollardan çux) aldadıb. Paşayev Rusiya və Ukrayna arasında müharibə zonasında bir sıra dələduzluqlarda da şübhəli bilinir.
Chosen
80
12
referans.az

10Sources