EN

Mütləq erməni təəssübkeşi çıxırlar

Avropalı "ekoaktivist" Azərbaycanın 20% ərazisində ekosid törətmiş şəxslərin azadlığını tələb edir və COP29-a gəlməyənləri deyil, COP29-u təşkil edənləri, Avropaya yaşıl enerji ixrac edəcək ölkəni hədəfə alır. Çox təəccüblüdür! Məntiqlə əksinə olmalı idi.

Azərbaycanda keçirilən COP29-u boykota çağırdıqdan sonra Q.Tunberq Ermənistana gəlib. Bu əsl həqiqət anıdır. 30 ildən artıqdır ki, müşahidə edirəm: xaricdə insan haqları və Planetin xilası kimi gözəl sözlərlə silahlanıb Azərbaycana hücum edənlərin hamısı mütləq və mütləq erməni təəssübkeşi çıxır. Bu Qərbdə Azərbaycana münasibətin fizikasıdır. 36 ildir ki, işləyən bu formula Q.Tunberq nümunəsində də bir daha sübut olundu.

Q.Tunberq Azərbaycan ərazilərində minlərlə hektar meşəni, su hövzələrini məhv etmiş şəxslərin azad olunmasını, ekologiya üçün vəsait xərcləyən, Avropanın yaşıl enerji tərəfdaşına çevrilməkdə olan, BMT-nin iqlimlə bağlı ən böyük tədbirini təşkil edən Azərbaycanı və BMT-nin COP29 tədbirini boykota çağırır. Ekoloji aktivistin COP29-a gəlməkdən imtina edənləri tənqidi daha məntiqli olmazdımı?

Q. Tunberqin Azərbaycana qarşı istifadə etdiyi tezislər 1 ay əvvəl Fransalı depuatatların təşəbbüsü ilə Avropa parlamentinin (AP) qətnaməsində, iki həftə əvvəl AP-nin binasında terrorçu Daşnaksütyun partiyasının üzvlərinin, hərbi cani R.Vardanyanın oğlu D.Vardanyanın, Ermənistanın Aİ-dakı səfiri Balayanın və Çənubi Kiprin AP üzvü olan deputatının təşkil etdikləri anti-Azərbaycan masada da səslənmişdi.

Terrorçu təşkilat kimi yaradılmış, bütün tarixi terrorla əlaqəli olmuş, Ermənistanda 1996-cı ildə terrora görə fəaliyyəti dayandırılmış Daşnaksütyun Avropa Parlamentində iclas keçirir.

Chosen
95
aznews.az

1Sources