EN

FIFA buna icazə verə bilər

FIFA məşqçilərin VAR-ın qərarlarına etiraz etməsinə icazə verə bilər.

“Qafqazinfo” xəbər verir ki, FIFA Beynəlxalq Futbol Assosiasiyaları Şurasından (IFAB) Futbol Video Dəstək Sisteminin (FVS) sınaqdan keçirilməsinə icazə almağı planlaşdırır.

Sistemin mahiyyəti komandaların məşqçilərinin VAR-ın qərarlarına etiraz edə bilməsidir. FVS ilk dəfə 2024-cü ildə qadınlardan ibarət U-20, həmçinin 17 yaşadək komandalar arasında keçirilən dünya çempionatlarında tətbiq edilib.

FIFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina əldə edilən təcrübənin diqqətlə təhlil olunacağını bildirib. O, indiyə qədər gözlənilməz heç nə müşahidə etmədiklərini söyləyib.

Qeyd edək ki, VAR sistemi ilk dəfə 2017-ci ildə Rusiyada keçirilən Konfederasiyalar Kubokunda tətbiq olunub.

Chosen
43
4
qafqazinfo.az

6Sources