EN

Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədinin adını açıqladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp senator Marko Rubionun (Florida ştatından) dövlət katibi vəzifəsinə namizədliyi barədə qərarını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Respublikaçıların keçid komandasının yaydığı məlumatda bildirilir.
Bundan əlavə, Tramp seçkiqabağı kampaniyasının dörd baş məsləhətçisini Ağ Evin baş əməkdaşları təyin etdiyini açıqlayıb.
Trampın ən uzunömürlü və etibarlı müttəfiqlərindən biri və seçkiqabağı kampaniyasında baş məsləhətçi olan Den Skavino prezidentin köməkçisi və Ağ Ev aparat rəhbərinin müavini olacaq.
Stiven Miller prezidentin köməkçisi və Ağ Evin Siyasət və Milli Təhlükəsizlik Məsələləri üzrə Aparat rəhbərinin müavini vəzifəsində işləyəcək.
Ceyms Bler prezidentin köməkçisi və qanunvericilik və ictimai əlaqələr üzrə Ağ Evin aparat rəhbərinin müavini olacaq.
Teylor Budoviç isə prezidentin köməkçisi və Ağ Evin kommunikasiyalar və kadrlar üzrə aparat rəhbərinin müavini təyin edilib.
Chosen
179
50
oxu.az

10Sources