EN

Rumen Radev Yeni Kollektiv Kəmiyyət Hədəfindən danışdı

İqlim hədəflərinə çatmaq üçün davamlılıq və balanslı yanaşmalar çox vacibdir.

Publika.az xəbər verir ki, bu fikri Bolqarıstan Prezidenti Rumen Radev Bakıda keçirilən COP29 iqlim konfransında çıxışında deyib.

Prezident qlobal qiymətləndirmə nəticəsində müəyyənləşdirilən aydın istiqamətə əsaslanaraq, bu konfransın əsas nəticəsi kimi maliyyə sahəsində reallaşdırılan Yeni Kollektiv Kəmiyyət Hədəfi razılaşmasının əldə edilməsinin vacibliyini bildirib. Prezident əlavə edib ki, bu yeni hədəf, uyğunlaşma və azaldılma tədbirlərini təmin etmək üçün həm dövlət, həm də özəl sektorlardan bütün mümkün maliyyə mənbələrini təmin etməli, xüsusən həssas vəziyyətdə olan ölkələrə diqqət yetirilməlidir.

Prezident Rumen Radev iqlim dəyişikliyinin təsirlərini yüngülləşdirmək və qlobal enerji sistemlərini dekarbonlaşdırmaq üçün ambisiyaların əhəmiyyətli dərəcədə artırılmasının önəmini vurğulayıb. “Bu, təkcə bütün mövcud texnologiyaları qəbul etməklə, enerji səmərəliliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaqla, enerji infrastrukturunu yeniləmək və enerji təhlükəsizliyinin ən yüksək prioritet olaraq qalmasını təmin etməklə mümkün olacaq”, - deyə dövlət başçısı qeyd edib.

Chosen
28
2
publika.az

3Sources