EN

ÜST Ruandada Marburq qızdırmasının epidemiyasının bitdiyini elan edə bilər

Ruandada 15 nəfərin ölümünə səbəb olan Marburq qızdırması epidemiyası ölkədə altı həftə ərzində (noyabrın 9-dan başlayaraq) heç bir yoluxma olmasa, bitmiş elan edilə bilər.

“Far.Az” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qeyd olunub ki, virusun yayılmasının sona çatdığını elan etmək üçün sonuncu xəstənin sağaldığı gündən 42 gün keçməlidir. Vurğulanıb ki, 42 günlük müddət Marburq qızdırmasının inkubasiya dövründən iki dəfə çoxdur. Artıq oktyabrın 30-dan bəri yeni yoluxma, 14 oktyabrdan isə ölüm halı qeydə alınmayıb.

Sentyabrın sonundan bəri Ruandada ümumilikdə 66 nəfər xəstələnib, onlardan 15-i dünyasını dəyişib.

Chosen
70
far.az

1Sources