EN

Şri-Lankada parlament seçkiləri üçün səsvermə başlayıb

Bakı. Trend:

Şri-Lankada növbəti beş il üçün parlamentin yeni tərkibiniseçmək məqsədilə səsvermə prosesi başlayıb.

Trend-inməlumatına görə, ada ölkəsinin Seçki Komissiyası səsvermənin yerlivaxtla səhər saat 07:00-da (Bakı vaxtı ilə 05:30) başladığını vəaxşam saat 16:00-da (Bakı vaxtı ilə 14:30) başa çatacağınıaçıqlayıb. Ümumilikdə 17 milyona yaxın vətəndaş səsvermə hüququnamalikdir və seçkilər nəticəsində 225 üzvdən ibarət yeni parlamentmüəyyən ediləcək. Şri-Lankanın Seçki Komissarı Rmal Ratnayakebildirib ki, "Səsvermə üçün bütün hazırlıqlar tamamlanıb və bizazad və ədalətli seçkilərin keçirilməsi üçün əməkdaşlığaçağırırıq."

Seçkilərdə 690 siyasi partiya və müstəqil birlik təmsilolunaraq, ölkənin 25 rayonunda mandat qazanmaq uğrunda yarışır.Seçkilərin favoritlərindən biri olan Xalq Azadlıq Cəbhəsi, yeniprezident Anura Kumar Dissanayakenin rəhbərliyi ilə maliyyəböhranından çıxmaqda olan Şri-Lankada yoxsulluqla mübarizəni əsasprioritet olaraq irəli sürür. Səlahiyyət müddətinin bitməsinə biril qalmış, sentyabrın 25-də əvvəlki parlamentin buraxıldığını elanedən Dissanayake, bu seçkilərlə ölkədə islahatlarınsürətləndirilməsini hədəfləyir.

Yeni seçilən parlamentin ilk iclasının seçkidən sonra bir həftəərzində keçirilməsi planlaşdırılır.

Chosen
45
az.trend.az

1Sources