EN

FİFA "VAR"da dəyişiklik edə bilər

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) futbola video dəstək sistemini (FVS) sınaqdan keçirir. O yaxın gələcəkdə hazırkı VAR sistemini əvəz edə bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ESPN kanalı məlumat yayıb.

FVS sistemi ilk dəfə 2024-cü ildə FIFA U-20 və U-17 Qadınlararası Dünya Kuboklarında istifadə edilib. Onun mahiyyəti ondan ibarətdir ki, komanda məşqçiləri VAR hakiminin qərarlarına etiraz edə bilərlər.

Baş məşqçi oyun ərzində baş hakimdən qərarları yenidən gözdən keçirməyi iki dəfə tələb edə bilər. Əgər baş məşqçinin ilk tələbi haqsız çıxarsa, baş hakimdən ikinci analoji tələbi edə bilməyəcək. Baş hakimlər FSV kameralarına özləri gedib baxa bilməyəcəklər, sadəcə baş məşqçilərin tələbi olarsa, bunu edəcəklər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
16
5
milli.az

6Sources