EN

Dövlət Su Ehtiyatları Agentliynin daha bir idarəsində qalmaqal - Prokurorluğa niyə şikayət olunub?

Dövlət Su Ehtiyatları Agentliynin sədri Zaur Mikayılovun rəhbərlik etdiyi qurumda ixtisarlaşma haqda göstərişi bir çox idarələrdə qalmaqallar yaradıb.

Mia.az-ın əldə etdiyi məlumata görə, gərinlik yaranan rayonlardan biri də Hacıqabul su və meliorasiya istismarı idarəsinin rəisidir.

Məlumata görə, idarə rəhbəri Siyavuş Məmmədov ləğv olunmuş idarələrin işçilərini yerləşdirmək əvəzinə, onları ixtisarla çıxardır, özünə yaxın və kənardan su sisteminə kadrlar gətirir: "Təbii ki, bu zaman xoşagəlməz hallar da baş verir. Hətta Talış kənd sakini Rəhman Talıbov adlı biri "Meliorasiya"nın müavini Rassim İsmayılovdan Hacıqabul rayon Prokurorluğuna şikayət edib. Şikayətdə 6 min manatla bağlı qalmaqallı iddialar var...".

Bu şikayətin məzmunu ilə bağlı detallar dəqiqləşdirə bilmədiyimizdən hələlik təfərrüatlara toxunmuruq. Lakin Mia.az-a verilən məlumata görə, birləşdirilən idarənin yeni rəhbəri S.Məmmədovun hətta ali və orta ixtisas təhsilli adamları ixtisar adı ilə işlərindən uzaqlaşdırması birmənalı qəbul olunmayıb: "İdarədə böyük narazılıq yaradan digər məqam isə ali təhsillilərin yerinə orta təhsilli adamların işə götürülməsidir. bu və ya dfigər səbəblərdən idarə "qaynayır"".

Xatırladaq ki, bir neçə gün əvvəl Zaur Mikayılov Tahir Xəlilovu İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sədr əvəzi, Cavid İsmayılzadəni isə sədr müavini təyin edib. Bundan başqa, "Bakı Sukanal" MMC-nin rəisi Habil Quliyev də "vurulub".

Mia.az-ın əldə etdiyi məlumatda bildirilib ki, onun yerinə Səbail Sukanal idarəsinin rəisi Rauf Osmanov gətirilib...

Bu və ya digər dəyişiklikləri bir neçə gün əvvəl yayımladığımız xəbəri aşağıdakı linkdən oxuya bilərsiniz:

https://mia.az/w1074449/xidmete-sedr-evezi-ve-yeni-muavin-teyin-olunub-baki-sukanal-idaresinin-reisi-ve-bezi-sobe-mudirlerinbspdeyisib-yeni-teyinatlar-olub-siyahi-2024-11-13-112358

Samir Musayev
MİA.AZ

Chosen
48
3
mia.az

4Sources