EN

“İrəvan xanlığının bayrağında Səfəvi, Əfşar və Qacar simvolları” – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrəvan xanlığının bayrağı və onun tarixi” adlı veriliş efirə gedib.

Medianews.az xəbər verir ki, verilişdə tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov İrəvan xanlığının tarixindən və bayrağından söz açır.

Onun sözlərinə görə, İrəvan xanlığının bayrağında Səfəvi, Əfşar və Qacar simvolları yer alıb: “Səfəvi və Qacar türk sülalələrinin rəmzinin İrəvan xanlığının bayrağında olması müttəfiqliyi göstərir. İrəvan xanlıqlar içərisində ən güclü ordusu olan xanlıq olub. Müasir İrəvanın gerbi xanlığın bayrağından oğurluqdur. Aslan-günəş simvolu türk dünyasında hökmranlılığı bildirirdi. Aslan-günəş ilk dəfə Qızıl Orda bayrağında təsvir edilib. İrəvanı, onun tarixini zəbt edən ermənilər simvolikasına da əl qoydular. Erməni əsilli şair və tərcüməçi Samvel Qriqoryan özü etiraf edir ki, gerbdə olan şir Zəngəzurdakı abidədən götürülüb və ermənilərə aid deyil. Aslan-günəş rəmzi erməni heraldika tarixinə ziddir. Nişapura gələn Qızıl Orda səfirinin əlində aslan-günəş bayrağı olub”.

Tarixçi deyib ki, tanınmış rus şərqşünası, türkoloq akademik Bartold İrəvanı 16-cı əsrdə salınmış türk şəhəri adlandırıb: “O zaman erməni katolikosu İrəvan xanının razılığı ilə seçilirdi. Bütün mənbələr İrəvan şəhərində daimi yaşayan əhalinin tamamilə türklərdən ibarət olmasını təsdiq edir. Rus mənbələri göstərir ki, İrəvan qalasının hökmdarları, əhalisi farslar deyil, azərbaycanlılar olub”.

P.Gözəlov sonda İrəvan xanı Hüseynqulu xanın ştandartının mənasına da aydınlıq gətirib.

Chosen
13
2
medianews.az

3Sources