EN

Åžimal-qÉ™rb bölgÉ™sindÉ™ payız mÉ™nzÉ™rÉ™lÉ™ri – FOTO/VÄ°DEO

Bölgələrdə qeyri-sabit hava şəraiti müşahidə edilir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən iki gün ərzində şimal-qərb bölgəsində yağmurlu və dumanlı hava şəraiti hökm sürür.

Havanın temperaturu axşamlar 2-3, gündüzlər 10-12 dərəcə isti təşkil edir. Bu günlər bölgə rayonlarına səyahət edənlər həm də qızılı payızın gözəl mənzərəsi ilə qarşılaşa bilər. Sanki təbiətin insanla danışan çağlarıdır. Böyük Qafqazın ətəklərində qar, yaşayış məskənlərində isə ağacların üzərində meyvələr və saralmış, qızılı rəngə boyanan yarpaqları təbiətdə gözəl çalarlar yaradır. Həftəsonu bu bölgəyə gələnlər üçün regional hidrometeorologiya xidmətinin əməkdaşları xatırladır ki, üst-başlarını qalın etməyi, çətir götürməyi unutmasınlar. Çünki bölgə rayonlarında gəzməli-görməli, təbiət mənzərələrini seyr etməli məkanlar həddindən artır çoxdur.

















Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Chosen
34
bizim.media

1Sources