EN

“Real Sosyedad”dan İngiltərəyə

“Real Sosyedad” Roberto Olabe ilə yollarını ayırır. San-sebastyanlıların son illərdə güclü və sabit kluba çevrilməsində önəmli rol oynayan 57 yaşlı mütəxəssis yayda bitəcək müqaviləsini yeniləməyəcək.

Futbolinfo.az xəbər verir ki, vaxtilə klubda baş məşqçi kimi də fəaliyyət göstərən idman direktoru 2016-cı ildən bu postu tuturdu. İndi isə o, cəlbedici təklif aldığı İngiltərəyə gedir. Böyük ehtimalla Olabe həmyerlisi Unay Emerinin baş məşqçi olduğu “Aston Villa” ilə müqavilə bağlayacaq. Birmingem klubu böyük layihəyə start verib.

“Real Sosyedad” ona əvəzləyici də tapıb. Yeni mövsümdən komandanın idman direktoru Erik Bretos olacaq.

Chosen
53
futbolinfo.az

1Sources