EN

Biz yaşıl maliyyə üçün funksional ekosistem hazırlayacağıq - Mərkəzi Bankın sədri

Bakı. Trend:

Azərbaycan yaşıl keçidi inkişaf etdirməyə sadiqdir.

Trend xəbər verir ki, busözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov COP29çərçivəsində keçirilən “Qlobal Maliyyə Sistemi: İqlim fəaliyyətiüçün maliyyələşdirmənin artırılması” tədbirində çıxışı zamanıdeyib.

Onun sözlərinə görə, Azərbaycanın 2030-cu il üçünsosial-iqtisadi inkişafının beş sütunundan biri də ölkənin yaşılinkişafına nail olmaqdır. Taleh Kazımov 2024-cü ilin Prezidentİlham Əliyev tərəfindən Azərbaycanda “Yaşıl dünya naminə həmrəylikili” elan olunduğunu əlavə edib.

O bildirib ki, ümumi enerji kompleksində bərpaolunan enerjininrolu “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdəsosial-iqtisadi inkişaf Strategiyası”nda 24 faizartırılmalıdır.

“Azərbaycan Mərkəzi Bankı dayanıqlı maliyyənin yol xəritəsiniqəbul edib ki, bu da bir sıra şərtləri özündə birləşdirir.Birincisi, biz yaşıl maliyyə üçün funksional ekosistemhazırlayacağıq. Biz maliyyə institutları tərəfindən davamlı, yaşılmaliyyə istiqamətində biznes modelləri və strategiyalarınınkeçidini təmin edəcəyik və yol xəritəsi aşağı karbon emissiyasısəviyyəsinə keçidi dəstəkləyəcək.

Bildiyiniz kimi Azərbaycanın Milli Müəyyənləşdirilmiş Töhfəsi(NDC) 1991-ci illə müqayisədə 2050-ci ilə qədər emissiyanın 40 faizazaldılmasını nəzərdə tutur. Azərbaycan Mərkəzi Bankı milli yaşıltaksonomiyasını işləyib hazırlayıb. Bu proses müxtəlif maraqlıtərəfləri, nazirlikləri, maliyyə sənayesini, assosiasiyaları vəbeynəlxalq maliyyə təşkilatlarını əhatə edir”, - deyə MərkəziBankın sədri bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
7
2
az.trend.az

10Sources