EN

Qəbir qazarkən xoşbəxt oldular

Yas tədbirinə hazırlıq – həmkəndlinin dəfni – gözlənilmədən Türkiyənin Tarsus kəndinin sakinləri üçün xoşbəxt sonluqla nəticələnib: qəbir üçün çuxur qazarkən sərvətlə dolu küplərə ilə qarşılaşıblar.

Editor.az bildirir ki, bu barədə İngiltərnin “Daily Express” nəşri yazıb. Məlumata görə, Tarsusda bir kişi üçün məzar qazarkən kəndlilər yerdə bərk əşyaya – çatlamış keramika küplərinə rast gəliblər. Məlum olub ki, Küplərin içindən şir təsviri olan mindən çox qədim gümüş sikkə aşkar edilib.

Tapıntı barədə dərhal yerli muzeyin əməkdaşları ilə birlikdə əraziyə gələn polisə məlumat verilib, lakin muzey işçiləri tapılan xəzinəni diqqətlə araşdıracaqlarını vəd edərək, sikkələrin yaşı və mənşəyi barədə hələ məlumat verməyiblər.
Qanuna görə, xəzinəni tapanlara külli miqdarda pul mükafatı veriləcək.

//Samir Qurbanov, Editor.az

Chosen
4
editor.az

1Sources