EN

Cənubi Koreya Şimali Koreyanı Ukraynaya dəstəyi artıracağı ilə hədələyib

Cənubi Koreya müttəfiqləri ilə birlikdə Şimali Koreyanın münaqişəyə Rusiyanın tərəfində qoşulacağı təqdirdə Ukraynaya hərbi yardımı artırmağa hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti Yun Seok telekanala müsahibəsində bildirib.

“Əgər onlar öz təhlükəli hərbi avantüralarına son qoymasalar, biz müttəfiqlərimiz və həmfikirlərimizlə əməkdaşlıq şəraitində müvafiq təsirli tədbirlər görməyə, o cümlədən Ukraynaya dəstəyi gücləndirməyə hazırıq”, - deyə prezident bildirib.

Onun sözlərinə görə, Şimali Koreya ordusunun Rusiyaya göndərilməsi Koreya yarımadasının və Avropanın, eləcə də bütün dünyanın təhlükəsizliyinə ciddi təhlükə yaradır.

O, həmçinin Rusiyanın hərbi texnologiyalarının Pxenyana ötürülməsindən və Şimali Koreya qüvvələrinin müasir müharibə haqqında biliklərə yiyələnməsinə dair məlumatlardan narahatlığını ifadə edib.

Chosen
14
operativmm.az

1Sources