EN

“Mojave” PUA amfibiya hücum gəmisindən havaya qalxıb – FOTOLAR

“Mojave” pilotsuz uçuş aparatı (PUA) Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Dokdo” amfibiya hücum gəmisindən qalxış edib.

Bu barədə “Poliqon” Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə istinadən xəbər verib.

Bildirilib ki, hazırda Cənubi Koreya HDQ hərbi gəmilərində vertikal qalxma-enmə (VTOL) imkanlarına malik PUA-lardan istifadə edir. Ancaq ilk dəfədir ki, uçuş zolağı kimi göyərtəsi olan böyük bir gəmidən VTOL xüsusiyyətli PUA deyil, sabit qanadlı pilotsuz uçuş aparatı havaya qaldırır.

Sınaq zamanı “Dokdo” amfibiya hücum gəmisindən qalxış edən “Mojave” PUA bir saat havada qalıb. Daha sonra pilotsuz uçuş aparatının idarəetməsi “Dokdo” gəmisindən Dəniz Hava Komandanlığına verilib və “Mojave” Pohanq Dəniz Hava Komandanlığının uçuş-enmə zolağına təhlükəsiz şəkildə eniş edib.

Beləliklə, Cənubi Koreyada ilk dəfə sabit qanadlı PUA amfibiya hücum gəmisindən qalxış etmiş olub.

Xatırladaq ki, daha əvvəl “W Autonomous Systems” (WAS) şirkəti tərəfindən yüklərin daşınması üçün istehsal edilən HCMC adlı pilotsuz uçuş aparatı (PUA) Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “HMS Prince of Wales” təyyarə gəmisinə eniş-qalxış edib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

466561024

466676345

466678498

466786090

465794025

467020634

Chosen
20
1
poliqon.az

2Sources