EN

Yəmənli nazirin COP29-la bağlı GÖZLƏNTİLƏRİ – VİDEO

Azərbaycana COP29 üçün gələn qonaqlar arasında müxtəlif ölkələrin nazirləri də var.

Yəmənin Kənd Təsərrüfatı Naziri Salem Abdullah Eissa Al-Socatri Bizim.Media-ya iqlim dəyişikliyinin kənd təsərrüfatına vurduğu ziyanlardan danışıb.

"İqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri bu gün qarşımızda duran ən böyük çağırışlardan biridir. Temperaturun artması və iqlim hadisələrinin daha sərt və qeyri-sabit olması torpaqların tükənməsinə, məhsul azalmasına, zərərverici və xəstəliklərin artmasına səbəb olur".

Nazirin sözlərinə görə, iqlim dəyişikliyi həm də suvarmada istifadə olunan suyun əlçatanlığına təsir göstərir.

"Bu isə qida istehsalının davamlılığını təmin etmək üçün inkişaf etmiş kənd təsərrüfatı texnologiyalarının və resurslardan səmərəli istifadənin vacibliyini göstərir. Ümid edirik ki, bu konfrans nəticəsində bu dəyişikliklərə uyğunlaşmaq, qida təhlükəsizliyini təmin etmək və gələcək nəsillərin sağlam və sabit mühitdə yaşamaq hüquqlarını qorumaq üçün strategiyalar və beynəlxalq əməkdaşlıq yaranacaq".


Nuray, Günay Şahmar, Bizim.Media

Chosen
5
bizim.media

1Sources