EN

187 sərnişini daşıyan təyyarə bomba təhdidinə görə məcburi eniş edib

“IndiGo” aviaşirkətinə məxsus təyyarə hava limanında alınan bomba təhlükəsi səbəbindən təcili eniş etməli olub.

Azpost.info xəbər verir ki, bu barədə “Hindu” məlumat yayıb.

Hadisə Hindistanda Naqpur-Kolkata reysi zamanı baş verib. Təyyarənin göyərtəsində 187 sərnişin və altı ekipaj üzvü olub.

Aeroport rəhbərliyi mesajı bu gün səhər alıb. Təyyarə Çxattisqarx ştatının paytaxtı Raypur şəhərinin hava limanına enib.

Təyyarədə təhlükəsizlik yoxlamaları aparılıb. Mütəxəssislərin partlayıcı qurğu aşkar edib-etmədiyi məlum deyil. Zərərçəkənlər barədə də məlumat verilməyib.

Azpost.info

Chosen
31
azpost.info

1Sources