EN

Tramp prezident seçildikdən sonra ilk dəfə xarici liderlə görüşəcək

Tramp prezident seçildikdən sonra ilk dəfə xarici liderlə görüşəcək

Argentina prezidenti Xavyer Miley noyabrın 14-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşəcək və bu siyasətçinin seçkilərdə qalib gəldikdən sonra qəbul etdiyi ilk xarici lider olacaq. AFN.az xarici mediaya istinadən xəbər verir ki, iki lider arasında görüş Trampın Florida ştatının Palm-Biç şəhərindəki Mar-a-Laqo iqamətgahında baş tutacaq.Argentina prezidenti ora öz administrasiyasının baş katibi olan bacısı Karina Mayli ilə bərabər şəxsi reyslə gələcək. Argentinanın yeni təyin olunmuş xarici işlər naziri Gerardo Verthein onları orada gözləyəcək.Miley Tramp hələ ABŞ prezidentliyinə namizəd olanda ona dəfələrlə öz dəstəyini ifadə edib.

Chosen
85
50
afn.az

10Sources