EN

COP29: Ölkəmiz dünyaya əsl nümunə olacaq - AÇIQLAMA

“Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi olduqca önəmli məsələdir”.

Bunu Bakıvaxtı.az-a deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan bir çox beynəlxalq, nüfuzlu tədbirlərə ev sahibliyi etdiyi kimi bu gün də qlobal əhəmiyyətli tədbirə - COP29-a ev sahibliyi etməkdədir:

"Bu, çox önəmli məsələdir. Bir çox ölkənin dövlət başçıları, baş nazirləri, digər rəsmiləri Azərbaycandadır. Panellər, görüşlər keçirilir, müxtəlif fikirlər, təkliflər səsləndirilir, çağırışlar edilir. Növbəti günlərdə də bu, davam edəcək. Artıq dövlətimizin başçısı ölkəmizdə olan bir neçə qonaqla görüşlər keçirib, onlarla fikir mübadiləsi aparılıb. Tədbir öz axarı ilə uğurla davam edir”.

Deputat qeyd edib ki, COP29 tədbiri dövlətimizin növbəti uğurudur. Azərbaycana olan etimadın, diqqətin, münasibətin göstəricisidir. Azərbaycanın COP 29 kimi qlobal əhəmiyyət daşıyan tədbirə ev sahibliyi etməsi xüsusi önəm kəsb edir:

“Ölkəmiz öz nüfuzunu, reytinqini daha da artırır. Bunlar həm də onu Azərbaycan dünyamızda gedən proseslərə, qlobal iqlim dəyişikliyinə laqeyd münasibət sərgiləmir. Azərbaycan dünyanı narahat edən hər məsələyə xüsusi diqqət və həssaslıqla yanaşır və çalışır ki, dünyanı narahat edən hər bir məsələnin həllinə öz töhfəsini versin. Ölkəmiz bu sahədə də dünyaya əsl nümunə olacaq və öz mövqeyini gücləndirəcək".

Ceyhun Məmmədov: Azərbaycan qlobal iqlim dəyişikliyinə laqeyd münasibət sərgiləmir

Müsahibimiz Ermənistan rəsmilərinin COP29-da iştirak etməməsinə də münasibət bildirib:

"Azərbaycan öz üzərinə düşəni artıqlaması ilə etdi və əksər ölkələrə dəvət göndərdi. Təəssüf ki, Ermənistan rəsmisi qatılmadı. Görünən odur ki, Ermənistan müstəqil deyil və başqa dövlətlərin fosrpostu kimi onların göstərişlərini yerinə yetirir. Ölkəmizə qarşı ciddi təzyiqlərə rəğmən, COP29 ən yüksək səviyyədə baş tutdu və uğurla davam etməkdədir".

Aydın Baxış

Chosen
24
bakivaxti.az

1Sources