EN

FIFA məşqçilərə yeni hüquq vermək niyyətindədir

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) futbola video dəstək sistemini (FVS) tətbiqinə icazə əldə etmək niyyətindədir.

Arena.az bu barədə “Ekip” nəşrinə istinadən məlumat verir.

Bunun vasitəsilə məşqçilər meydandakı hakimin qəbul etdiyi qərarın hər oyunda iki dəfə yoxlanılmasını tələb edə bilərlər.

Müvafiq sistem bu il 17 yaşadək (U-17) və 20 yaşadək (U-20) qadınlar arasında dünya çempionatında sınaqdan keçirilib. Beynəlxalq Futbol Assosiasiyaları Şurasından (IFAB) icazə alınarsa, sistem digər yarışlarda da istifadə edilə bilər.

FIFA Hakimlər Komitəsinin sədri, italyan mütəxəssis Pyerluici Kollina bu barədə açıqlama verib:

“Ancaq anlamaq gərəkdir ki, FVS – yeni VAR deyil. Çünki istifadə edilən kameraların sayı az olduğu üçün FVS yalnız VAR-ın göstərə biləcəyini əks etdirəcək”, deyə Kollina vurğulayıb.

Chosen
14
arena.az

1Sources