EN

Mişustin investisiya aktivliyinin azalmasının səbəblərini AÇIQLAYIB

Rusiya Baş naziri Mixail Mişustin hökumətin "investisiya aktivliyində bir qədər azalma" müşahidə etdiyini söyləyib.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bu, gəlirli depozitlər və bahalı kreditlərlə bağlıdır.

Baş nazir qeyd edib ki, İqtisadiyyat Nazirliyinin yenilənmiş məlumatlarına əsasən, 2024-cü ilin doqquz ayında ÜDM-in artımı 4,2% təşkil edib.

Mişustin hökumətin iclasında xatırladıb ki, Rosstatın məlumatına görə, ilin birinci yarısında investisiyaların həcmi 10%-dən çox artıb: “Eyni zamanda, biz bu hissədə aktivliyin bir qədər azaldığını görürük. Əvvəla, ona görə ki, bu gün əmanətlər investisiyalardan daha sərfəlidir və borc götürülmüş kreditlərin dəyəri təəssüf ki, yüksəkdir.”

Chosen
17
ikisahil.az

1Sources