EN

Professor: Uşaqların ağzında yad cism çeynəməsi çox təhlükəli haldır

Bakıda uşaq faciəli şəkildə ölüb.
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib.
5 yaşlı Ü.Nuriyevin boğazında qalan noxud onun ölümünə səbəb olub.
Faktla bağlı araşdırma aparılır.

Professor Adil Qeybulla isə “Sherg.az"a açıqlamasında deyib ki, nəfəs, ağciyər və bronx daxilinə yad cismlərin düşməsindən çox vaxt asfiksiya və ölüm halları baş verir:

“Çünki yad cism iki dəqiqə müddətində xaric olunmasa tənəffüs və ürək fəaliyyəti dayanaraq ölüm baş verir. Tənəffüs tutulan kimi xəstədə göyərmə baş verir, oksigen çatışmır. Belə hallar olduqda "hemlik manavresa" adlanan hərəkətdən istifadə etmək lazımdır. Yəni xəstəni arxadan döş qəfəsinin altından sıxırlar ki, ora düşmüş yad cism təkanla xaric oluna bilsin. Lakin bu qısa müddət ərzində baş verməlidir. Uşaqların ağzında yad cism çeynəməsi çox təhlükəli haldır. Azyaşlılara qida verərkən bu kimi hallar nəzərə alınmalıdır. Uşaqlar başa düşmədən həmin cismləri əllərinə alıb oynadırlar. Asfiksiya nəinki azyaşlılarda, hətta böyük insanlarda belə ölüm halları yarada bilər”.
Chosen
63
sherg.az

1Sources