EN

İqlim fəaliyyəti sahəsində aparılan auditlər zamanı çıxan əsas çağırışlar açıqlandı

Bakı, TurkicWorld

İqlim fəaliyyəti sahəsində aparılan auditlər zamanı çıxan əsas çağırışlar açıqlanıb.

TurkicWorld xəbər verir ki, bunu bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatası və Ali Audit Orqanlarının (AAO) Beynəlxalq Təşkilatı olan INTOSAI-ın təşkilatçılığı ilə "Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri" adlı tədbirdə Hesablama Palatasının sədi Vüqar Gülməmmədov deyib.

Ttədbirdə çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov iqlim fəaliyyəti sahəsində aparılan auditlər zamanı ortaya çıxan çağırışlara toxunub.

O bildirib ki, onların bir hissəsi audit institutu ilə, bir hissəsi isə auditin keçirildiyi mühitlə əlaqəlidir və bunların əksəriyyəti bütün ölkələrin AAO-ları üçün aktualdır.

Sədr əsas çağırışlar arasında
✓ iqlim fəaliyyəti ilə bağlı məlumatların çeşidi və vaxtında təqdim edilməsindəki problemləri,
✓ iqlim maliyyəsi ilə bağlı yaxşı hesab olunacaq təcrübə sayının azlığını,
✓ yaşıl büdcə ilə bağlı nəzəriyyə və praktik tətbiq arasında fərqlərin müşahidə edilməsini;
✓ iqlimlə bağlı audit standartlarının inkişaf mərhələsində olmasını,
✓ auditorlarda bu sahə üzrə xüsusi bilik və bacarıqlara yiyələnməklə bağlı ehtiyacı,
✓ audit proseslərinə Dayanıqlı İnkişaf Məqsədlərinin daxil edilməsi şəraitində hökumət əsaslı auditlərin sayının artımı üçün zərurətin yaranmasını xüsusi vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
21
6
turkic.world

7Sources