EN

Teylor Sviftin sevgilisinə oğurluq şoku! Travis Kelcenin evi qarət edilib

Dünyaca məşhur müğənni Teylor Sviftin bir müddətdir birlikdə olduğu sevgilisi, amerikalı futbolçu Travis Kelcenin başına iş gəlib. 

Sherg.az xəbər verir ki, keçən ay matç günü Kanzasda "Kanzas Siti Chiefs" klubunun oyunçusunun 6 milyon dollarlıq evinə oğrunun girdiyi üzə çıxıb.

"Daily Mail"-də çıxan xəbərə görə, müvəffəqiyyətli idmançının komanda yoldaşı Patrik Mahomesin də evinə oğrunun girdiyi öyrənilib.

Oğurluğun Kanzas ştatındakı Arrowhead stadionunda oynanılan matç günü baş verdiyi müəyyən edilib. Taylor Svift həmin gün sevgilisini izləməyə gedib. 


Polisin verdiyi məlumata görə, Kelcenin evindən 20 min dollar nağd pul oğurlanıb. Qarşılaşmaya baxmaq üçün şəhərə gələn məşhur müğənni Taylor Sviftin həmin gün Kanzas şəhərinin mərkəzindəki oteldə qaldığı öyrənilib.

Polis həmçinin oğurluğun baş verdiyi yaxınlıqdakı məhəllələri yoxladıqlarını və icazəsiz girişlərin aşkarlandığını bildirib.
Chosen
21
sherg.az

1Sources