EN

Asiya İnkişaf Bankı: "2030-cu ilədək iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə əlavə 100 milyon ayırmağı düşünürük"

"Asiya İnkişaf Bankı tərəfindən su resurslarının, kənd təsərrüfatının qida sektorunun inkişafına 7 il ərzində 3,5 milyard dollar həcmində vəsaitin ayrılması nəzərdə tutulub".

FED.az xəbər verir ki, bunu Asiya İnkişaf Bankının Prezidenti Masatsugu Asakava COP29 çərçivəsində "Mərkəzi Asiyada Regional İqtisadi Əməkdaşlıq (CAREC) İqlim, İnnovasiya və Ticarət Tərəfdaşlığına həsr olunan nazirlərin görüşündə bildirib.

Onun sözlərinə görə, bu addım Mərkəzi Asiya regionunda və bu regionun qərbində yerləşən ölkələrdə dayanıqlılıq və adaptasiya tədbirlərini stimullaşdıracaq:

"Bu regionların su təsərrüfatı məhz suyu buzlaqlardan formalaşan çayların hesabına qidalanır. Ayrılacaq vəsait təkcə investisiya xarakteri daşımayacaq. Əksinə, bu regionda yaşayan fermerlər və ümumilikdə əhali qarşısındakı öhdəliyimizdir. Ayrılacaq vəsait su resurslarının effektiv istifadəsinə, eləcə də region ölkələrinin quraqlıqdan qorunmasına sərf olunacaq. 2030-cu ilədək isə həyata keçirdiyimiz xüsusi proqramlarla bankımız iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə əlavə 100 milyon ayırmağı düşünür". (Apa)

Chosen
20
1
fed.az

2Sources