EN

Zelenskiyə qarşı ittiham: Ukraynanı vətəndaş müharibəsinə aparır

Ukrayna prezidenti Vladimir Zelenski seçkilərin keçirilməməsi üçün ölkəni nüvə və ya vətəndaş müharibəsinə aparmağa hazırdır.

Publika.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski öz "Telegram" kanalında bildirib.

“Fikrimcə, Zelenski ölkəni ya vətəndaş, ya da nüvə müharibəsinə aparacaq, lakin o və sponsorları seçkilərə razı olmayacaq”, - deyə Dubinski vurğulayıb.

Onun sözlərinə görə, Rusiya ilə münaqişəni dayandırmaq Zelenski üçün sərfəli deyil: “Bu zaman biz itkiləri bəyan etməli olacağıq. O isə heç vaxt axıdılan qanın məsuliyyətindən yaxa qurtarmayacaq”.

Chosen
50
18
publika.az

10Sources