EN

Üzünü dəyişən şəxslər yeni vəsiqə və xarici pasport almalıdırlar? -AÇIQLAMA

Estetik əməliyyatlar günümüzdə getdikce populyarlaşan tendensiyaya çevrilir. Bu cür əməliyyatlar insanların görünüşündə əhəmiyyətli dərəcədə dəyişikliklərə səbəb ola bilər. Bəs belə hallarda şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi zəruridirmi?                    

Məsələ ilə bağlı "Sherg.az"a danışan vəkil Turan Abdullazadə deyib ki, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi haqda qanunun 3-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi üzərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının və  tələblərinə uyğun fotoşəkil yerləşdirilir:                

"Şəxsiyyət vəsiqəsi 10 illik, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Vəsiqənin 10 ildən bir yenilənmə tələbi şəxsin üz quruluşunun dəyişməsi ilə əlaqədardır. Əlavə olaraq şəxsiyyət vəsiqəsinin üzərində maşınla oxuna bilən 3 zolaqlı optik nəzarət hissə yerləşir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının 93.03 nömrəli sənədinə əsasən fotoşəkil eynək və şapka insanın üzünün görünməsinə mane törətməməli və şəkil son 6 aya aid aydın formada olmalıdır. Deməli, kosmetoloji prossedur nəticəsində üzü dəyişən, şəxsiyyət vəsiqəsi ilə uyuşmayan şəxslər yeni vəsiqə və xarici pasport almalıdırlar. Bu nəinki qanun pozuntusudur, həmçinin, ölkə sərhədini keçərkən ciddi problemlər yarada bilər . Hesab edirəm ki, pasientin əvvəlki görünüşünü dəyişən həkim bu barədə adiyyatı dövlət orqanlarına mütləq xəbər verməlidir. Bəzi ölkələrdə qanunlar insanın şəxsiyyətini dəyişdirəcək qədər radikal olan estetik əməliyyatları məhdudlaşdıra və ya tənzimləyə bilər. Məsələn, plastik cərrahiyyə əməliyyatından sonra şəxsiyyət vəsiqəsinin yenilənməsi prosedurları, digər hüquqi sənədlərlə bağlı məhdudiyyətlər ola bilər. Çünki şəxsiyyət vəsiqələrindəki fotoşəkil şəxsin hazırkı görünüşünü dəqiq əks etdirməlidir".
Chosen
39
sherg.az

1Sources