EN

COP29-un yüksək səviyyədə təşkil edilməsi Azərbaycan üçün böyük nailiyyətdir- İsrail səfiri

“2019-cu ildən İsrailin Azərbaycandakı səfiriyəm. Azərbaycanın ən parlaq anlarından biri olan COP29-da burada olmaq mənim üçün böyük şərəfdir”.

Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

O qeyd edib ki, COP29 dünyaya iqlim dəyişikliyi ilə mübarizə aparmağa kömək edən nailiyyətlərdən biri olacaq: “Azərbaycan COP29 konfransına ev sahibliyi etmək imtiyazını bir ildən az müddət əvvəl əldə edib. Adətən ölkələrin təşkilatlanması üçün iki il lazım gəlir. Bir il ərzində dünyanın hər yerindən 50 mindən çox nümayəndənin iştirak etdiyi tədbirin yüksək səviyyədə təşkil edilməsinin mümkün olması Azərbaycan üçün böyük nailiyyətdir. Azərbaycan öz bacarıqlarını, ciddiliyini dünyaya nümayiş etdirir. Eyni zamanda, iqlim dəyişikliyi ilə mübarizə sahəsində uğurlara nail olmaq əzmini göstərmək olduqca vacib işdir. İqlim qlobal bir problemdir və buna görə də bu problemə qlobal reaksiya verilməlidir. Qlobal iqlim dəyişikliyi hamıya təsir edir. Məhz buna görə də biz birlikdə işləməliyik. Biz İsrail olaraq buradayıq. Çünki İsrail və Azərbaycan tərəfdaş ölkələrdir”.

Səfir İsrail pavilyonunda nümayiş etdirilən texnologiyalar barədə məlumat verib: “Biz dünyada bu problemlərin bəzilərini həll edən, tərəfdaşlıqlar yaratmağa kömək edən innovativ texnologiyalar və imkanlar gətiririk. Məsələn, bizdə suyu təmizləyə bilən, istiliyə davamlı toxumlar ixrac edən və iqlim problemlərinin həlli istiqamətinə yönəlmiş şirkətlər var”(azərtac).

Chosen
32
1
azpost.info

2Sources