EN

Sahib Məmmədov: Qeyri-formaldan formal əmək bazarına keçid baş verir

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkəmizdə əmək müqavilələrinin sayı 63 min və ya 3,5 faiz artaraq 1 mln. 871 min 717-yə çatıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.
Bildirilib ki, əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artıma imkan yaradıb.
Qeyd edək ki, cari ilin 10 ayında əməkhaqqı fondunda daha 8 faiz artım qeydə alınıb.


Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov "Sherg.az"a söyləyib ki, bu artım əmək bazarında yavaş-yavaş da olsa, ağarma prossesinin olduğunu göstərir:                       

"Yəni, qeyri-formaldan formal əmək bazarına keçid baş verir. Bunun nəticəsində əmək müqavilələrinin sayı artır. Belə olan halda isə Dövlət Sosial Müdafiə Fonduna yığımın həcmi çoxalır. Eyni zamanda  tibbi, işsizliklə bağlı sığorta fonduna əlavə vəsait daxil olur. Həmçinin, işçilər leqal və əmək müqaviləsi əsasında çalışmaqla yığım formalaşır. İş yerində bədbəxt hadisə və xəstəlik hallarından sığortalanırlar. İstənilən halda göstəricini müsbət qiymətləndirirəm. Amma hələ də Azərbaycan da qeyri-formal məşğulluq yüksək səviyyədə qalmaqdadır. Bu, əsasən özünəməşğul insanlardır ki, vergi uçotunda deyillər. Qeyri-rəsmi əmək kollektivləri də mövcuddur. Məsələn, onlar daha çox ev tikintisi ilə məşğuldurlar. Bu qisimdə əksəriyyətinin işləri olsa da, məşğulluqları rəsmiləşmiyib. Bir sözlə, qeyri-formal əmək bazarının iştirakçısıdılar".
Chosen
60
sherg.az

1Sources