EN

İspaniya yenidən batır: daşqın təhlükəsi səbəbindən minlərlə insan təxliyə olunur

Daşqın təhlükəsi səbəbindən İspaniya və Polşa arasında keçiriləcək Billie Jean King Cup tennis finalının başlaması daşqın səbəbindən təxirə salınıb.

QHT.az xəbər verir ki, İspaniya yenidən güclü yağış və tufanların səbəb olduğu daşqın təhlükəsi ilə üzləşib. Milli Meteorologiya İdarəsi (AEMET) Malaqa, Qranada, Kastellon, Tarraqona və Valensiya bölgələri üçün güclü leysan yağışları barədə xəbərdarlıq edib və bu ərazilər üçün ən yüksək qırmızı təhlükə səviyyəsi elan olunub. Qarşıdakı saatlarda bəzi ərazilərə 180 mm-ə qədər yağış yağacağı gözlənilir, və yağışların cümə gününə qədər davam edəcəyi proqnozlaşdırılır.

Malaqa bölgəsində təcili yardım xidmətləri 1000-dən çox evi və 3000-ə yaxın sakini təxliyə edib. Tufan səbəbilə İspaniya və Polşa arasında tennis üzrə Billie Jean King Cup finalı təxirə salınıb, Malaqa hava limanında reyslər ləğv olunub və giriş bağlanıb.

Ötən həftə də İspaniyada güclü yağışlar səbəbilə dağıdıcı daşqınlar baş vermişdi, 270-dən çox insan həyatını itirmiş, çox sayda ərazi su altında qalmışdı. Valensiyada bir gündə yağan yağış, əvvəlki iyirmi aya nisbətən daha çox idi və ciddi dağıntılara səbəb olmuşdu.

 

R.Ä°manov

Chosen
36
1
qht.az

2Sources