EN

Konstitusiya Günü hüquqi dövlət quruculuğunun simvoludur...

Image

Hüquqi dövlət quruculuğunun inkişafını təmin edən əsas mənbə, istinad nöqtəsi Konstitusiyadır. 

Bildiyimiz kimi, 2005-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkədə vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaradıb, ölkədə çoxpartiyalılıq əsasında demokratik parlament seçilibb, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan və sair azadlıqlar bərqərar olunub.

Azərbaycan Respublikasının əsas qanunu - Konstitusiya müstəqil Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb.

Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Heydər Əliyevin həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Heydər Əliyev bu barədə danışarkən bildirirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.

Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilib. Bu, Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.

Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyub. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 (164) maddədən ibarətdir. Konstitusiyaya əlavə və dəyişikliklər 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə edilib.

Bildirək ki, ümummilli lider Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunur. Eskpertlərə görə, dövlətlər yarandıqca, inkişaf etdikcə müstəqil konstitusiyaların yaradılmasına və qəbul edilməsinə ehtiyac olub. Müstəqillik əldə edənə kimi, yəni SSRİ-nin tərkibində olan zaman Azərbaycanın 1921, 1925, 1936 və 1978-ci illərdə konstitusiyaları qəbul edilib. Lakin bu konstitusiyaların heç biri Azərbaycanın müstəqilliyini ifadə etmirdi. Hazırkı Konstitustiya ilə dövlətimizin müstəqillik rəmzlərindən biridir. 

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu istiqamətində 1995-ci ildə qəbul olunan Azərbaycanın ilk Konstitusiyasının rolu nə oldu? Hüququ dövlət quruculuğunun inkişafına əsas qanununuz necə təsir etdi?

“Ölkə Konstitusiyasının hüquqi dövlət quruculuğunda rolu çox böyükdür”

Tanınmış hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, müstəqil Azərbaycanın ilk Konstitutsiyanının qəbul edilməsi çox mühüm hadisə idi və bu Konstitutsiya hüquqi dövlət quruculuğunun bir simvoludur, rəmzidir. “Məlumatıma görə, dünyanın 200-ə yaxın ölkəsindən ikisində yazılı Konstitusiya yoxdur. “Xarici ölkələrin dövlət və hüquq tarixində” belə oxumuşam ki,  Konstiusiyası olmayan ölkələr Böyük Britaniya və Yeni Zellandiyadır. Hər ikisi də inkişaf etmiş hüquqi dövlətdirlər, amma Konstitusiyaları yoxdur. Orda da hakimiyyətin bölgüsü prinsiplərinin, hakimiyyətin qollarının-qanunvericilik hakimiyyəti, icra hakimiyyətinin və məhkəmə hakimiyyətinin formalaşdırılması xalqın iradəsi əsasında həyata keçirilir. Bunlar bu tərkibi seçki yolu ilə formalaşdırıblar. Yəni burda prinsiplər var. Hüquqi dövlətlərdə daha çox nəyə önəm verilir?

Məsələn, Azərbaycan Konstitutsiyaya görə, demokratik, hüquqi, unitar, dünyəvi dövlətdir. Mən sadəcə bunun iki kreteryası üzərində dayanacağam. Demokratik, hüquqi dövlətdə hansı dəyərlərə üstünlük verilir, ona toxunacağam. Demokratik və hüquqi dövlətin əsasında hüququn və qanunun alilyi durur. Bir də vətəndaş, insan hüququ və azadlıqlarına üstümlük verilir, insan hüquq və azadlıqları primatlıq təşkil edir. 

Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində göstərilir ki, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının, habelə Azərbaycan vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etməkdən ibarətdir. Bu maddə təsbit olunub. Digər tərəfdən, başqa kreteriyalar da var. Demokratik, hüquqi dövlətlərdə hakimiyyətin budaqlarının formalaşdırılması vətəndaşlar tərəfindən  həyata keçirilir. Onlar həm Milli Məclisin, həm icra hakimiyyətinin, həm də məhkəmə hakimiyyətinin formalaşdırılmasında fəal iştirak edir. Deyək ki, iki hakimiyyətin formalaşdırılması Azərbaycan xalqının iştirakı ilə seçki yolu ilə həyata keçirilir. Amma məhkəmə hakimiyyəti isə Azərbaycan xalqının seçdiyi bilvasitə ölkənin Prezidenti və Milli Məclis tərəfindən gerçəkləşdirilir. Bunun özü də Azərbaycan vətəndaşlarının hakimiyyətin idarə olunmasında fəal iştirakının canlı təzahürüdür”. 

Konstitutsiyanın əsas qanun olduğunu deyən Ş.Əliyevin izahına görə, ona buna görə yüksək hüquqi qüvvəyə malik olan ali akt, əsas qanun deyilir ki,  burada xalqın siyasi iradəsi ifadə olunur. “Burada xalqın siyasi iradəsi əks olunur. Bu yeganə akdır ki, referendum, xalqın ümumi səsverməsi yolu ilə qəbul olunur. Bu xüsusi önəm kəsb edir. Bu ölkədə qəbul olunan bütün normativ hüquqi aktların önündə durur. Birinci Konstitusiya, ondan sonra Prezidentin fərmanları, referendumla qəbul olunmuş aktlar, Milli Məclisin qanunları, Naizrlər Kabinetinin qərarları və mərkəzi icra hakimiyyəti orqanlarının qərarları gəlir. Bu baxımdan, hesab edirəm ki, ölkə Konstitutsiyasının hüquqi dövlət quruculuğunda rolu çox böyükdür”. 

“Bu vahidlik həm də 44 günlük müharibədə öz nəticəsini verdi”

Ölkəmizdə ənənəvi olaraq qeyd edilən 12 noyabr Konstitusiya Gününün əhəmiyyətini də vurğulayan Ş.Əliyev qeyd etdi ki, bu vətəndaşlarımızın böyük maraqla qarşıladığı, qeyd etdiyi gündür. Ş.Əliyevin fikrincə, müasir dövrdə demokratiyanın inkişafı, qanunçuluğun təminatı, insan hüquq və azadlıqlarının qorunması əsas amillərdən biridir. O, qeyd etdi ki, bizim ölkənin Konstitusiyasında bir fəsil insan hüquq və azalıqları ilə bağlı müddəlar var: “Ayrılmaz, pozulmaz və toxunulmaz prinsiplərə söykənən insan hüquq və azadlqıları  əsas götürülüb. Diqqət edin, bunun özü bəşəri dəyərləri kifayət qədər əhatə edir. Bizim Konstitutsiyada ehtiva edilən, təsbit olunan bu müddəalar öz mənbəyini İkinci Dünya Müharibəsindən sonra 1948-ci il dekabrın 10-da insan hüquq və azadlıqları ilə bağlı qəbul olunan ümum bəyannamədən götürüb. 1966-cı ilin dekabr ayında mülki və siyasi hüquqlar haqqında bir pkat qəbul edlib. Biz əsas mənbəyi bu sənədlərdən götürmüşük. Düzdür, burada BMT nizamnaməsi də əsas rol oynayır. Amma İkinci Dünya müharibəsindən sonra bu iki beynəlxalq pakt insan hüquq və azadlıqları ilə zəngindir. Ölkələrin də əksəriyyətinin Konstitutsiyası öz mənbəyini buradan götürün. Səhv etmirəmsə, hər il dünyada dekabrın 10-u insan hüquq və azadlıqları günü olaraq qeyd olunur. O cümlədən də Azərbaycanda bu gün qeyd edilir. 

Bizim Konstitusiyada demokratik və hüquqi dövlətin anlamına uyğun olan digər müddəlar da təsbit edilib. Bu nədən ibarətdir? İlk növbədə hakimiyyətin mənbəyinin xalq olduğu vurğulanlır. Azərbaycan dövlətinin təməlini təşkil edən Azərbaycan xalqının vahidliyidir müddəası yaranıb. Fikir verirsiz, hakimiyyətin mənbəyi xalqldır, lakin Azərbaycan dövlətinin təməli Azərbaycan xalqının vahidliyi üzərində qərar tutub. Ona görə dövlət möhkəmdir. Bu vahidlik həm də 44 günlük müharibədə öz nəticəsini verdi, bir bayraq, bir komanda altında sıx birləşdik və Zəfər çaldıq. Bu vahidliyi təcəssüm etdirən yeganə şəxs ölkənin Prezidentidir. Gör, nə qədər bir-birilə həmahəng və bağlı olan müddəlar var. Yetər ki, biz Konstitusiyamızdan bütün fəaliyyətimizdə bəhrələnək və istifadə edək”. 

Ş.Əliyev qeyd etdi ki, Konstitutsiyamızın hüquqi anlamı ilə yanaşı mənəvi anlamı da var. O, bildirdi ki,  Konstitutsiyamız özündə böyük bir anlayışı daşıyır və xalqımızın, dövlətimizin vahidliyini, monalitliyini təmin edir. Ş.Əliyev onu da vurğuladı ki, Konstitusiya Günü illərdir, rəsmi dövlət bayramı kimi keçirilir. 

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur. 





Chosen
32
baki-xeber.com

1Sources