Türkiyənin İstanbul şəhərində polis PKK terror təşkilatına qarşı əməliyyat keçirib.
“Far.Az” “Haber Global”a istinadən xəbər verir ki, əməliyyat nəticəsində altı nəfər şübhəli saxlanılıb.
Müvafiq hüquqi prosedurdan sonra onların işi məhkəməyə göndərilib.
Verilən məlumata görə, daha bir nəfərin axtarışları davam edir.