EN

COP29-da müstəmləkəçi dövlətlərin ekoloji cinayətlərə son qoymaları tələb edilib

Müstəmləkəçi dövlətlərin uzun illərdir əsarət altında saxladıqları ərazilərdə təbiətə vurduqları ziyanın miqyasının müəyyənləşdirilməsi və törədilən ekoloji cinayətlərə son qoyulması tələb edilib.

"Report" xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən COP29 çərçivəsində keçirilən “Eco-colonialism: The Environmental Legacy of Colonial and Neo-colonial Explotation” adlı müzakirədə bildirilib.

Tədbirdə Fransa və Niderlandın müstəmləkə hakimiyyəti altında olan xalqların nümayəndələri ölkələrindəki cari vəziyyətdən ətraflı bəhs ediblər.

Həmçinin müstəmləkə ərazilərində kolonialist güclərin dənizaşırı ərazilərdə resursların qeyri-qanuni istismarına, meşələrin qırılmasına torpaqların çirklənməsinə, o cümlədən, Fransız Polineziyasında Fransa tərəfindən həyata keçirilən nüvə sınaqlarının ekoloji fəsadlarının qalmasına və təsirə uğramış əhaliyə Fransa tərəfindən kompensasiyanın hələ də ödənilməməsinə sərt etiraz bildirilib.

Bundan başqa, Qvadelupda xlordekon maddəsindən istifadə nəticəsində təbiətin çirklənməsi və onun yerli əhalinin səhhətinə vurduğu ciddi zərərlər, Yeni Kaledoniyada nikel yataqlarının istismarı, o cümlədən Mayotun istismarı nəticəsində müxtəlif xəstəliklərin yayılması müzakirə olunub.

Spikerlər Dənizaşırı ərazilərdə iqlim dəyişikliklərinin daha fəsadlı olmasını kolonializmlə əlaqələndirərək Fransa və Niderlanddan yerli xalqların tələblərini yerinə yetirməyi tələb ediblər.

Chosen
15
ekologiya.az

1Sources