EN

Peskov: Putin Ukrayna ilə bağlı məsələlərə şəxsən nəzarət edir

Rusiya prezidenti Vladimir Putin Ukrayna istiqamətinə şəxsən nəzarət edir, bunun üçün Kremldə xüsusi nümayəndələr yoxdur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin ABŞ kimi Ukrayna üzrə xüsusi elçi postunu təqdim etmək planlarının olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.

“Putin bu sahəyə, təbii ki, şəxsən nəzarət edir. Xüsusi hərbi əməliyyat gedir, o, Ali Baş Komandandır. Bizim bu məsələ ilə bağlı xüsusi nümayəndəmiz yoxdur”, – Peskov deyib.

Bundan əlavə, Peskov Rusiya və ABŞ arasında münasibətlərdə “qıcıqlandırıcı məsələlərin geniş gündəliyi” adlandırıb. Belə ki, Kreml nümayəndəsi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasının gəlişi ilə BMT-nin mənzil-qərargahının normal fəaliyyəti üçün maneələrin aradan qaldırılacağına ümid varmı sualını cavablandırıb.

“Ümidlər haqqında danışmaq hələ tezdir. Bu, Amerika tərəfinə verilə biləcək yeganə sual deyil. Qıcıqlandırıcı məsələlərin gündəliyi o qədər genişdir ki, burada bir məsələni prioritet kimi qeyd etmək düzgün olmazdı”, – Kreml nümayəndəsi bildirib.

Pekov həmçinin bildirib ki, Kreml Tramp administrasiyasının formalaşdırılması prosesini izləyir. “Əlbəttə, biz bunu izləyirik, amma inanın ki, bu bizim əsas prioritetimiz deyil. İndi nəsə haqqında danışmaq tezdir”, – deyə Peskov bununla bağlı sualı cavablandırıb.

Chosen
43
50
nocomment.az

10Sources