EN

Seçki gərginliyi Gürcüstanı bölür: Müxalifət parlamentdən çıxdı, hakim partiya sərt addımlar atmağa hazırlaşır

Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkisinin nəticələri ətrafında yaranan gərginlik daha da dərinləşir.

Musavat.com xəbər verir ki, Avropayönümlü müxalifət partiyaları seçkinin nəticələrini tanımadıqlarını bəyan edərək, yeni parlamentdən çıxmaq qərarı veriblər. Müxalif qüvvələr seçki prosesində genişmiqyaslı pozuntuların və Rusiya müdaxiləsinin olduğunu iddia edirlər.

Hakim “Gürcü arzusu” partiyası isə bu addıma qarşı sərt reaksiya verib. Partiya rəsmiləri bir neçə müxalifət partiyasının fəaliyyətini qanunsuz elan etmək üçün Gürcüstan Konstitusiya Məhkəməsinə müraciət edəcəklərini bildiriblər. Bu addım Gürcüstanda siyasi gərginliyin daha da artacağına işarə edir.

Müxalifətin seçki nəticələrinə etiraz edərək parlamentdən çıxması və “Gürcü arzusu”nun müxalif partiyaları qanunsuz elan etmə cəhdi ölkədə ciddi siyasi böhranın başlanğıcı ola bilər. Bu gərginliyin Gürcüstanın Avropa ilə münasibətlərinə və daxili siyasətinə necə təsir edəcəyini gələcək günlər göstərəcək. 

 

Musavat.com

Chosen
20
musavat.com

1Sources