Ağstafada minik maşını arabaya çırpılıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb.
Qəza zamanı hərəkətdə olan arabadakı 52 yaşlı Ələmdar İsmayılov və onun 6 yaşlı nəvəsi Əziz Tağıyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Yaralılardan az yaşlının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.