EN

Zəhərli duman Tac-Mahalı görünməz etdi - FOTOLAR

Hindistanı bürüyən qatı zəhərli duman təbəqəsi Aqradakı Tac-Mahalı və Amritsardakı Harmandir Sahib kimi ikonik yerləri görünməz edib, çoxsaylı uçuş gecikmələrinə səbəb olub.

"Röyters"ə istinadən xəbər verilir ki, duman o qədər qatıdır ki, Tac Mahal ona bitişik bağlardan belə görünmür.

Həmçinin qeyd edilir ki, Yeni Dehli Beynəlxalq Hava Limanında görmə məsafəsi 300 metrə qədər azalıb ki, bu da gedişlərin 88%-nin, gəlişlərin isə 54%-nin gecikməsinə səbəb olub.

Səlahiyyətlilərin məlumatına görə, tüstünün yaranmasına havanın yüksək səviyyədə çirklənməsi, yüksək rütubət, zəif külək və aşağı temperatur səbəb olub. Yerli sakinlər səhhətinin pisləşməsindən şikayətlənir, azyaşlılar allergiya, öskürək, soyuqdəymə və astma xəstəliyindən əziyyət çəkirlər.

Yeni Dehlidə Hava Keyfiyyəti İndeksi (AQI) ikinci gün ardıcıl olaraq 430 kritik səviyyədə qaldı ki, bu da ciddi təhlükə kimi təsnif edilir.

  • Zəhərli duman Tac-Mahalı görünməz etdi - FOTOLAR
  • Zəhərli duman Tac-Mahalı görünməz etdi - FOTOLAR
  • Zəhərli duman Tac-Mahalı görünməz etdi - FOTOLAR

Mənbə: unikal.az

Chosen
78
3
unikal.az

4Sources