EN

Şevçenko dövlətə xəyanətdə ittiham olunur

Ukraynada diktatura və qanunsuzluqdan danışan Ali Radanın deputatı Yevgeni Şevçenko dövlətə xəyanətdə ittiham olunub.

Azreform.info Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Təhqiqatlar Bürosunun Teleqram kanalı məlumat yayıb.

Departament deputatın ölkənin müdafiə qabiliyyətinə və informasiya təhlükəsizliyinə xələl gətirdiyini bildirib.

“Hərtərəfli psixoloji, linqvistik və hərbi ekspertiza ilə təsdiqləndiyi kimi, deputat Rusiyanın tammiqyaslı işğalı başlamazdan əvvəl Ukraynanın müdafiə qabiliyyətinə və informasiya təhlükəsizliyinə zərbə vurmağa başlayıb. Belə ki, o, 2021-ci ildə Belarus Respublikası ərazisindən Ukraynaya genişmiqyaslı işğal təhlükəsinin olmaması barədə yalan məlumat yayıb”, - deyə rəsmi məlumatda bildirilir.

Chosen
8
22
azreform.info

10Sources