Bakı. Trend:
Avropa İttifaqı (Aİ) noyabrın 25-dən dekabrın 10-dək Almaniyadasürətli yerləşdirmə qüvvələrinin ikinci səhra təliminikeçirəcək.
Trend-in məlumatına görə, bu barədə Aİ-nin diplomatik xidmətibildirib.
"Təlimlərdə Aİ-nin 15 ölkəsindən 1700 nəfər iştirak edəcək", -deyə qeyd olunub.
Təlimin məqsədi hərbi əməliyyatların planlaşdırılması vəaparılması zamanı Avropa İttifaqının müxtəlif dövlətlərindən olanbölmələrin uyğunluğunu yoxlamaqdır.
Təlim üç komanda-qərargah mərhələsini - strateji, taktiki vəəməliyyat səviyyələrini, o cümlədən dağ, piyada və tibbbölmələrinin, eləcə də dəstək qüvvələrinin iştirakı ilə birləşmişdöyüş qrupunun səhra manevrlərini əhatə edəcək.