EN

İran hicabdan imtina edən qadınları belə "MÜALİCƏ" EDƏCƏK

İctimai yerlərdə başlarını örtmələrini tələb edən qanuna baxmayaraq, hicab taxmaqdan imtina edən qadınlar üçün Tehranda “psixoloji klinika” açılacaq.

Publika.az “Əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, bunu Fəzilətin təbliği və pisliyin qarşısının alınması üzrə qərargahın İranın Qadın və Ailə Departamentinin rəhbəri Mehri Talebi Darestani bildirib.

Onun sözlərinə görə, klinikada “hicabı çıxarmaq istəyinə qarşı elmi və psixoloji müalicə” təklif olunacaq. Darestani bildirib ki, bu, könüllü olacaq.

O, həmçinin qeyd edib ki, rəftar “ləyaqət və təvazökarlığı” təşviq edəcək.

Chosen
28
1
publika.az

2Sources