Gürcüstanın Baş naziri İrakli Kobaxidze Aİ-nin ölkənin 2025-ci ildə ittifaqa qoşulması ilə bağlı danışıqlara başlayacağını güman edir.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, Kobaxidze bu barədə Gürcüstanın İctimai Televiziyasına müsahibəsində bildirib.
“Düşünürəm ki, bu, təbii ki, bu il baş verməyəcək, lakin gələn il yüksək ehtimalla danışıqlar başlayacaq”, - hökümət başçısı vurğulayıb.