EN

İngiltərə və İtaliyadan UEFA Millətlər Liqasında səfər qələbəsi

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün qrup mərhələsinin 5-ci turuna start verilib.

Arena.az xəbər verir ki, turun ilk oyun günündə A, B və C Liqaları çərçivəsində 8 qarşılaşma baş tutub.

A Liqasının 2-ci qrupunda Fransa yığması İsraili, Belçika millisi isə İtaliyanı qəbul edib. Fransakı oyunda qapılara qol vurulmayıb. Belçika yığması isə italyanlarla ev oyununda minimal hesabla məğlub olub. Bu qələbə sayəsində İtaliya millisi vahid liderə çevrilib.

B Liqasında yer alan İngiltərə yığması səfərdə Yunanıstanı 3 cavabsız qolla məğlub edib.

Qazaxıstan millisi evdə Avstriyaya, Ermənistan yığması isə Farer adalarına məğlub olub. Qazaxların bu nəticədən sonra növbəti mövsümü C Liqasında keçirəcəyi dəqiqləşib.

Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-ci turunun qalan oyunları noyabrın 15-də və 16-da keçiriləcək.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 5-ci tur
14 noyabr

A Liqası, 2-ci qrup

Fransa – İsrail 0:0

Belçika – İtaliya 0:1
Qol: Tonali, 15.

Xallar: İtaliya – 13. Fransa – 10. Belçika – 4. İsrail – 1.

B Liqası, 2-ci qrup

Yunanıstan – İngiltərə 0:3
Qollar: O.Uotkins, 7. Vlaxodimos, 78-öz qapısına. K.Cons, 82.

İrlandiya – Finlandiya 1:0
Qol: E.Ferquson, 45.

Xallar: İngiltərə – 12. Yunanıstan – 12. İrlandiya – 6. Finlandiya – 0.

B Liqası, 3-cü qrup

Qazaxıstan – Avstriya 0:2
Qollar: Baumqartner, 15. Qreqoriç, 25.

Sloveniya – Norveç 1:4
Qollar: Şeşko, 21-pen – Nusa, 4; 59. Haland, 45. Hauqe, 83.

Xallar: Avstriya – 10. Norveç – 10. Sloveniya – 7. Qazaxıstan – 1.

C Liqası, 4-cü qrup

Ermənistan – Farer adaları 0:1
Qol: Davidsen, 33-pen.

Şimali Makedoniya – Latviya 1:0
Qol: Serafimov, 57.

Xallar: Şimali Makedoniya – 13. Farer adaları – 6. Ermənistan – 4. Latviya – 4.

Chosen
61
13
arena.az

10Sources