UEFA Millətlər Liqasında 5-ci tura start verilib.
seher.media xəbər verir ki, B Liqasının 2-ci qrupunda İrlandiya doğma azarkeşləri önündə Finlandiyanı qəbul edib.
Matçın taleyini bir qol həll edib. Meydan sahiblərinin 45-ci dəqiqədə vurduqları dəqiq zərbə onlara 3 xal qazandırıb - 1:0.
Bu nəticədən sonra İrlandiya 6 xalla qrup üçüncüsüdür. Autsayder Finlandiya isə xala həsrətdir. Qrupa 12 xalla İngiltərə başçılıq edir. Eyni xala malik Yunanıstan ikinci pillədədir.
Günün digər oyunlarında Sloveniya öz meydanında Norveçə uduzub - 1:4, Şimali Makedoniya isə ev matçında Latviyadan üstün olub - 1:0. Farer adaları səfərdə Ermənistana qalib gəlib - 0:1. Həmçinin, Qazaxıstan öz azarkeşləri qarşısında Avstriyaya 0:2 hesabı ilə uduzaraq aşağı liqaya düşüb.