EN

Komanda yoldaşı ilə irqçi zarafatı ona baha başa gəldi - 6 oyunluq cəzalandırıldı

“Tottenhem”in yarımmüdafiəçisi Rodriqo Bentankur cənubi koreyalı komanda yoldaşı Son Hın Minlə irqçi zarafatına görə diskvalifikasiya olunub.

Sportinfo.az“The Guardian”a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu 6 oyunluq cəzalandırılıb.

O, “Tottenhem”in Premyer Liqada “Mançester Siti”, “Fulhem”, “Bornmut”, “Çelsi”, “Sauthempton” və “Liverpul”a qarşı oyunlarında meydana çıxmayacaq.

Məlumata görə, yarımmüdafiəçi iyun ayında Uruqvayda yayımlanan televiziya kanalına müsahibəsində Son və digər cənubi koreyalı komanda yoldaşlarının hamısının eyni göründüyünü söyləyib.

Onun bu zarafatından sonra İngiltərə Futbol Assosiasiyası irqçi sözlərə görə R.Bentankura iş açıb.

27 yaşlı futbolçu cari mövsüm 15 oyuna çıxıb və 1 qol vurub.

Chosen
11
4
sportinfo.az

6Sources