EN

Kreml Putinin səfərlərini ölkələrin onun təyyarəsinə yanacaq doldurmadıqları səbəbindən ləğv etdiyini etiraf edib

Rusiya Prezidenti Vladimir Putinin başqa ölkəyə səfərindən imtina etməsinin səbəbi prezident təyyarəsinin xaricdə yanacaq doldurulması ilə bağlı problemlərlə üzləşə biləcəyidir.

“Far.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov xarici işlər naziri Sergey Lavrovun “Rossiya” təyyarəsinin yanacaq doldurulması zamanı sanksiyalar səbəbindən problemlərlə üzləşməsi barədə açıqlamasını şərh edərkən bildirib.

“Şübhəsiz ki, dövlət başçısının səfərləri ən diqqətli şəkildə hazırlanır və bütün lazımi zəmanətlər alınır. Suallar yarandığı təqdirdə, əlbəttə ki, bu, əlaqələrin başqa səviyyədə həyata keçirilməsi üçün səbəb ola bilər”, – Peskov söyləyib.

Xatırladaq ki, daha əvvəl Lavrov 2023-cü ildə ona Cənubi Afrikada BRICS sammitində Prezident Putini təmsil etmək tapşırıldığı zaman geri uçuş üçün təyyarənin yanacaq doldurulması ilə bağlı “başına iş gəldiyini” açıqlamışdı.

“Məlum olub ki, orada aviasiya yanacağı təchiz edən şirkətlərin, demək olar, hamısı ölkəyə məxsus deyil”, – Lavrov demişdi. O, BRICS-in digər üzvü olan Braziliyaya səfəri zamanı da eyni vəziyyətlə qarşılaşmışdı. O zaman Lavrov Prezident Luis Lula da Silva ilə görüşə həmkarı Mauro Vieyranın təyyarəsi ilə uçmalı olmuşdu. Lavrovun fikrincə, “dost” ölkələr müəyyən müddət ikinci dərəcəli sanksiyalardan “qorxmağa məcbur olacaqlar”, o cümlədən ona görə ki, belə dövlətlərin bəzilərində hələ də neokolonializm qalmaqdadır.

“Müstəmləkəçilik zəncirlərini qırdıqdan sonra onlar başa düşdülər ki, indi iqtisadi asılılıq zəncirlərini də qırmaq lazımdır”, – Lavrov vurğulamışdı.

Chosen
43
4
far.az

10Sources