EN

Zaqatalada uşaq ölümləri niyə kütləvi hal alıb?

Son iki həftə ərzində Zaqatala rayon mərkəzi xəstəxanasının doğum şöbəsində üç yeni doğulan körpə ölümünun qeydə alınması da bu mövzu ilə bağlı müzakirələri daha da aktuallaşdırıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, ötən il 33 ana ölümü faktı qeydə alınıb. Bu göstərici hamiləlik, doğuş və zahılıq dövründə ölən anaları əhatə edib. 2022-ci ildə ana ölümlərinin sayı 18, 2023 -cü ildə 16 olub. Rəqəmlər "Azərbaycanda uşaqlar" adlı statistik məcmuədə qeyd olunub.

TƏBİB-in tabeliyində olan tibb müəssisələrində hamiləlik, doğuş, zahılıq dövründə olan ana ölümü və erkən neonatal körpələrin ölümü, ağırlaşmış doğuş hallarının təhlili üzrə komissiyanın üzvü Səadət Şamilova "Xəzər Xəbər"ə  müsahibəsindqeyd edib ki,  ana və uşaq ölümləri təkcə doğuş zamanı meydana çıxan hansısa problemdən, yaxud həkim səhvindən baş vermir.

İstər paytaxtda, istərsə də rayonlarda buna laqeydlik, başı soyuqluq, həkimə getməyə icazə verilməmə kimi hallar ana və uşaq ölümünə rəvac verən əsas faktorlar sırasındadır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
21
2
milli.az

3Sources