EN

Növbəti konkret addımlardan biri enerji keçidinin ikinci mərhələsi olacaq - IRENA

Bakı. Trend:

Növbəti konkret addımlardan biri, gələn ilin ortalarında BakıEnerji Həftəsi zamanı Bakıda keçiriləcək uyğun layihələrin müəyyənedilməsi komponenti ilə enerji keçidinin ikinci mərhələsiolacaq.

Trend xəbər verir ki, bubarədə IRENA-nın ölkələrlə qarşılıqlı əməkdaşlıq üzrə direktoruGürbüz Gönül Mərkəzi Asiya üzrə enerji keçidi məsələlərinə dairCOP29 investisiya forumunda bildirib.

"O ki, qaldı növbəti addımlara: enerji keçidinin əsasprioritetlərini müəyyən etmək üçün hökumətlərlə daha ətraflımüzakirələr və məsləhətləşmələr aparılacaq, bu həm ayrı-ayrı ölkəsəviyyəsində, həm də təşəbbüsün aydın regional xarakterini nəzərəalaraq regional səviyyədə baş tutacaq.

Daha sonra ölkə və regional səviyyədə iş planları hazırlayacağıqki, harada texniki dəstəyə ehtiyac olduğunu, layihələrinhazırlanması və həyata keçirilməsini necə dəstəkləmək lazımgəldiyini, həmçinin enerji keçidində özəl sektorun daha fəaliştirakını necə stimullaşdırmaq lazım gəldiyini müəyyən edək", -deyə o bildirib.

Məqalədə:
Chosen
31
az.trend.az

1Sources